Azərbaycan Tarixi

Giriş

AXC Banileri

Qafqaz İslam Ordusu

28 May, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradılmasının ildönümüdür. 1918-ci ildə bu tarixdə, Azərbaycanın müstəqil dövlət olaraq varlığını elan etməsi ilə ölkə tarixində mühüm bir mərhələ başlandı. Azərbaycan Xalq Cümhuriyyəti, Osmanlı İmperiyasının parçalanmasından sonra Cənubi Qafqazda qurulan ilk müstəqil respublika idi. 28 May, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin və dövlətçiliyin simvolu olaraq hər il təntənəli şəkildə qeyd edilir. Bu gün, Azərbaycan üçün milli qürur və azadlıq simvoludur. 28 May həm də Azərbaycanın müasir müstəqillik yolunun əsasını qoyan tarixi bir gündür.

Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Komissarlığı tərəfindən
23 fevral 1918-ci ildə Tiflis şəhərində toplanmış nümayəndəli
qanunveridi dövlət orqanı. Seymin üzvləri Ümumrusiya
Müəssislər Məclisinə keçirilən seçkilərdə qələbə qazanmış, eləcə də digər siyasiy
partiyaların nümayəndələri idilər. Seymin rəhbəri Gürcüstan Sosial
Demokrat Partiyasının üzvü olan Nikolay Çxeidze idi. 1918-ci il martın 26-da Seym Zaqafqaziya Komissarlığının
istefasını qəbul edərək Müvəqqəti Zaqafqaziya Hökumətini yaratdı.
22 apreldə isə Seymdə Zaqafqaziya Demokratik Federativ
Respublikası adı altında müstəqil dövlətin yaradıldığı elan edildi. Bu dövlət may ayının sonlarında
parçalandı və onun yerində Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları quruldu.

Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və
Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır.
1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər
Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya
imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik
müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.

Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci Dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.[9] Birləşmə 1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşərək "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ın əsasını qoymuşlar.[10] Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək bu şəhərdə yerlməşmişdir. I Qurultay Müsavatın ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, "İsmailiyyə" binasında keçirilib. Qurultayda partiyanln ilk Mərkəzi Komitəsinə üzvlər seçilmişdir: Məhəmməd Əmin Rəsulzadə Məmmədhəsən Hacınski Musa bəy Rəfiyev Mustafa bəy Vəkilov Nəsib bəy Yusifbəyli Həsən bəy Ağayev Şəfi bəy Rüstəmbəyli Mirzə Məhəmməd Axundzadə 125 deputatlıq Zaqafqaziya Seymində Müsavat 30 deputatla təmsil olunub. 1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. 44 nəfərlik Milli Şuranın sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçildi. Partiyanın şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu.Müsavat Partiyasının II qurultayı 1919-cu ilin dekabrında keçirildi (qurultay dekabrın 2-dən 12-dək davam etmişdir). Respublikanın bütün bölgələrindən qurultayda 140 nümayəndə təmsil olunurdu. Qurultayı giriş sözü ilə Məhəmməd Əmin Rəsulzadə açıb və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Qurultayın Siyasi Komissiyasına Məmməd Yusif Cəfərov, Musa bəy Rəfiyev, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və Məhəmməd Əmin Rəsulzadə seçilmişdir. Mandat Komissiyasına isə Cavad bəy Məlik-Yeqanov, Məhəmməd Əmin Rəsulzadə və Əbdülvahab Məmmədzadə seçilmişdir. Qurultayın birinci iclası gecə saat 10-a dək davam etmiş, ikinci gün isə qurultaya Şəfi bəy Rüstəmbəyli sədrlik etmişdir. İkinci gün qurultayın Rəyasət Heyəti aşağıdakı tərkibdə seçilmişdir: Məhəmməd Əmin Rəsulzadə (sədr) Şəfi bəy Rüstəmbəyli (sədarət) Məşədi Əli Rəfiyev (sədarət) Əbdül Qasım Rüstəmzadə (sədarət) İbrahim Yusif (sədarət) İslam bəy Qəbulzadə (katiblik) Mirzə Məhəmməd Axundzadə (katiblik) Cavad Axundzadə (katiblik) Mövsümzadə (katiblik) Müsavat Partiyasının II qurultayının seçdiyi Rəyasət Heyəti II qurultayda müvafiq qərarlar qəbul edilib: Qafqaz konfederasiyası; Denikin təhlükəsi; Dağıstan məsələsi. Qurultayda Partiya Proqramına baxılıb. 67 maddəlik Partiya Proqramı iki hissədən ibarət idi: Birinci hissə – Nəzəriyyə və uzaq məqsəd; İkinci hissə – Əməliyyə və yaxın məqsəd. Proqramın birinci hissəsində göstərilirdi ki, əsas amalımız olan Azərbaycan İstiqlalını bütün namus və vicdanımızla qorumalıyıq. Proqramın ikinci hissəsi Şəkli idarə; Həqqi-əhliyyət; İqtisad və maliyyə işləri; Torpaq məsələsi; İşçi məsələsi; Ədliyyə məsələsi; Ruhani idarəsi məsələsi; Maarif məsələsi. bölmələrindən ibarət idi: İkinci qurultayda Məhəmməd Əmin Rəsulzadə yenidən Müsavat Partiyasının sədri seçilib.